Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi - Həbs olundu
Hadisə
217
14:40, Bu gün

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi - Həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib.
 
Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət cavab almadığından onların arasında insident baş verib. E.Süleymanov qızın telefonla kiminləsə danışmaq istədiyini görərək ona hücum edib və mobil cihazı əlindən almağa çalışıb.
 
Aytənin orada işləyən şəxslərdən kömək istəməsindən sonra həmin şəxs saxlanılıb. Polis onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərib.
 
Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə E.Süleymanov 9 sutkalıq inzibati həbs edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər