Astarada ağır qəza - Ölən var
Hadisə
135
14:14, Bu gün

Astarada ağır qəza - Ölən var

Astarada yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
 
Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı maşınla toqquşub.
 
Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. "Niva"nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
 
Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.
 
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər