00:19
18°C
Bakı
Neftçala bazarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Moderator.az-ın məlumatına görə yanğının ərazidə daha iri mağazalara keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində bir neçə meyvə mağazası və piştaxtalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
22:15
Neftçala şəhərində bazar yanır.
Moderator.az xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.