18:10
17°C
Bakı
Nərimanov rayonu ərazisində yerləşən restoranların birində vətəndaşın çantasından 500 manat pul oğurlanıb.
Moderator.az xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Şahverdiyeva müəyyən olunaraq saxlanılıb.
Nizami rayonu ərazisində qeydə alınan soyğunçuluq hadisəsi zamanı isə bir nəfərin 450 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən 34 yaşlı A.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.