Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətində tədbirlər davam etdirilib.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Noyabrın 8-də və 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.