Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Hadisə
230
11:12, Bu gün

Şəmkirdə dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Şəmkir rayonunda iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb.
 
Şəhər ərazisində yerləşən "Mahmud" dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , "Mersin" dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
 
Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər