Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu - VİDEO
Hadisə
208
19:17, Bu gün

Ağ şəhərdə BMW-nin xanım sürücüsü motosikletçini vurdu - VİDEO

Xətai rayonu, Ağ şəhər ərazisində xoşagəlməz insident yaşanıb.

Moderator.az Patrul.az-a istinadən xəbər verir ki, Nadir Nahid oğlu Cəlilov qarşılaşdığı qanunsuz hərəkətlə bağlı şikayətini bildirib.

Hadisə oktyabrın 5-də saat 21 radələrində "Neptun" marketin yaxınlığında, "AzParking"ə məxsus rəsmi parklanma sahəsində baş verib. N.Cəlilov 99-M-374 dövlət qeydiyyat nişanlı motosikletini qanuni park yerində saxlayıb.

Bu zaman 90-BY-008 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edən xanım sürücü yaxınlaşaraq, ondan motosikleti kənara çəkməyi tələb edib. Şikayətçi bu yerin rəsmi parklanma sahəsi olduğunu bildirərək xanım sürücünün tələbini rədd edib.

İddiaya görə, cavab olaraq BMW sürücüsü avtomobili ilə motosikleti vuraraq yerə yıxıb.

Nadir Cəlilov hadisə anını mobil telefonu ilə lentə alıb. Qeydə alınan görüntülərdə qadın sürücünün "zor edirəm, çək" deməsi aydın şəkildə eşidilir. Zərərçəkənin sözlərinə görə, sürücü bundan sonra etik normalara uyğun olmayan təhqiramiz ifadələr də işlədib. Lakin Cəlilov həmin hissəni etik olmadığı üçün paylaşmadığını bildirib.

Motosikletin yerə çırpılması nəticəsində onun sürətlər qutusu zərər görüb.

Nadir Cəlilov hadisəyə hüquqi qiymət verilməsini və dəymiş ziyanın ödənilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarından köməklik göstərilməsini xahiş edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər