Yevlaxda 37 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində yerləşən "Həmdəm" hotelində baş verib.

Hoteldə qalan 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ölən şəxsin vəkil olduğu, "Fortiori" vəkil bürosunda çalışdığı bildirilir.