Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı
Hadisə
660
02 Nov 2025 | 20:06

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Bakıda sərnişin avtobusunda insident baş verib.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.

İnsidentdən sonra avtobus xətdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.

 

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini qırdı

 

 

 

 

 

Link kopyalandı!
Son xəbərlər