Biləsuvarda pambıq sahəsində yanğın baş verib - FOTO
Hadisə
440
16:35, Bu gün

Biləsuvarda pambıq sahəsində yanğın baş verib - FOTO

Elektrik xəttinin aşağı olması Biləsuvarda pambıq sahəsinin yanmasına səbəb olub.

Biləsuvar rayonunda yanğın qeydə alınıb. Hadisə şəhər ərazisində yerləşən pambıq sahəsində baş verib.

Oqtay Aslanova məxsus 3 hektar ərazidə pambıq yığımı aparan kombayn qəflətən alışıb. İlkin ehtimala görə, yanğın yüksək gərginlikli elektrik hava xəttinin sahə üzərindən aşağı səviyyədə keçməsi nəticəsində yaranıb.

Mexanizator Murad Muradov bildirib ki, 10 000 kV-luq elektrik hava xəttin aşağı hissəsindən keçərkən qığılcım nəticəsində kombaynın bunkerində toplanan pambıq alışıb.

“Sahənin təxminən 2 hektarında pambığı yığmışdım. Elektrik xəttinin aşağı hissəsindən keçərkən qığılcımdan bunkerdəki pambıq qəflətən alışdı. Dərhal kombaynı kənara çəkib pambığı yerə boşaltdım ki, yanğın texnikaya keçməsin. Bunkerdə qalan pambığı isə əllə çıxardım.”

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Kombaynın boşaltdığı pambıq tayasında yaranan yanğını qısa müddətdə söndürülüb.

Qeyd edək ki, həmin ərazidə əkin torpaqları olan mülkiyyətçilər elektrik xətlərinin aşağı keçməsi ilə bağlı təhlükənin uzun müddətdir mövcud olduğunu, bu barədə müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticə əldə olunmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər