Sumqayıtda avtomobil kanala düşdü
Hadisə
1318
02 Nov 2025 | 14:07

Sumqayıtda avtomobil kanala düşdü

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Report-a istinadla xəbər verir ki, "Toyota Kamri" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər