Bizi sosial şəbəkələrdən izləyin:
Ələt–Astara magistral yolunun 33-cü kilometrliyində, Salyan rayonu ərazisində yanğın hadisəsi baş verib.
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, BMW X6 markalı avtomobil hərəkətdə olarkən qəfil alovlanıb.
Sürücünün avtomobili söndürmək cəhdləri nəticə verməyib və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
İlkin ehtimallara görə, yanğına avtomobildəki elektrik qısaqapanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.