SON DƏQİQƏ! İsmayıllıda yenidən ZƏLZƏLƏ oldu
Hadisə
1754
02 Nov 2025 | 08:58

SON DƏQİQƏ! İsmayıllıda yenidən ZƏLZƏLƏ oldu

İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Moderator.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
 
Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib, zəlzələ hiss olunmayıb.
 
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 18:03-də də İsmayıllıda zəlzələ baş vermişdi.
Link kopyalandı!
Son xəbərlər