Tərtərdə yanğın oldu
Hadisə
304
12:09, Bu gün

Tərtərdə yanğın oldu

Tərtər rayonunda yanğın olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, rayonun Təzəkənd kəndində ümumi sahəsi 84 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
 
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Link kopyalandı!
Son xəbərlər