Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən Gülarə Ağayevanın (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Ağayeva 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, ali təhsilli olan G.Ağayeva 2003-cü ildə ailə həyatı qurub və birgə nikahdan 2015-ci ildə qızı olub. Bir müddət Bakıda 6 saylı uşaq bağçasının müdiri işləyən qadın daha sonra fərdi psixoloq kimi fəaliyyət göstərməyə başlayıb.
2018-ci ildə G.Ağayeva həyat yoldaşından ayrılıb. Məhkəmənin qərarı ilə 2015-ci il təvəllüdlü qızı onun himayəsində qalıb.
2023-cü ildə qadın yaşadığı evin hamamında 2015-ci il təvəllüdlü qızının çılpaq videolarını çəkərək, sosial şəbəkələrdə paylaşıb. Həmin video sosial şəbəkələrdə yayılandan sonra polis əməkdaşları araşdırmalara başlayıblar. Araşdırmalarla məlum olub ki, 8 yaşlı qızın videosu anası tərəfindən yayılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qadın saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və qadın məhkəmə qərarı ilə həbs edilib.