14:14
18°C
Bakı
2025-ci ilin oktyabrında ümumi dəyəri 8 milyon 164 min 905 manat оlan qaçaqmal aşkar edilib.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, ələ keçirilən məhsullar arasında tüfəngə məxsus 6 ədəd, tapancaya məxsus 9 ədəd patron, Rusiya Federasiyası valyutası, pirotexniki vasitələr, dərman vasitələri, spirtli içki və tütün məmulatları da olub.