Dənizdə köməksiz qalan balıqçılar xilas edildilər - VİDEO
Hadisə
370
10:20, Bu gün

Dənizdə köməksiz qalan balıqçılar xilas edildilər - VİDEO

Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar - 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-ci il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərov sahilə çıxarılaraq xilas ediliblər.

 

Link kopyalandı!
Son xəbərlər