02:29
                            
17°C
                                            
                                            Bakı
                                         
                            Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.
Moderator.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
                             
                             
                             
                            