01:59
                            
17°C
                                            
                                            Bakı
                                         
                            Tərtərdə oğul anasını və qardaşını qarət edib.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Balakəngərli kəndində qeydə alınıb.
22 yaşlı Mətləb Xankişiyev (adı və soyadı şərtidir) yaşadıqları evin hamam otağında anasına məxsus 1 584 manatlıq, qonaq otağında isə qardaşına məxsus 1 680 manatlıq boyunbağıları oğurlayıb. Sonra həmin qızılları lombarda qoyaraq, 1 150 manat kredit götürüb.
Nəticədə Mətləb Xankişiyev barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmədə verdikləri ifadələr zamanı zərərçəkənlər Mətləbi bağışladıqlarını və ona qarşı şikayətləri olmadıqlarını bildiriblər.
Tərtər Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.
 
                             
                             
                             
                            