Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib
Hadisə
649
31 Oct 2025 | 17:45

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib

Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Moderator.az-a bildirib ki, oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.

Link kopyalandı!
Son xəbərlər