Suraxanıda 12 min manatlıq  dələduzluq edən şəxs saxlanıldı
Hadisə
862
31 Oct 2025 | 12:40

Suraxanıda 12 min manatlıq  dələduzluq edən şəxs saxlanıldı

Paytaxtın Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.
 
Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.
 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər