Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi
Hadisə
480
17:30, Bu gün

Azərbaycanlı qadın beynəlxalq axtarışa verildi

Azərbaycanlı qadın beynəlxalq axtarışa verilib.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan Gövhər Ağaverdiyeva Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçu təşkilatın fəaliyyətində iştirak etmək) və 283-1-ci (xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmədə iştirak) maddələri ilə təqsirləndirilib.

Qadın faktla bağlı başlanmış cinayət işi üzrə istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 1981-ci il təvəllüdlü G.Ağaverdiyeva İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Link kopyalandı!
Son xəbərlər