Bizi sosial şəbəkələrdən izləyin:
Dünən axşam saatlarında Goranboy rayonunda başlayan güclü külək bir sıra fəsadlar yaradıb.
Moderator.az xəbər verir ki, rayon ərazisində ağac elektrik naqillərin üzərinə düşməsi səbəbindən, rayonunun 7 yaşayış məntəqəsi üzrə 3112 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranmış, təhcizat 30 oktyabr səhər saatlarında rayon Elektrik şəbəkəsi tərəfindən bərpa edilib.
Hazırda rayon ərazisində əsən külək dayanıb.