Bakıda güclü külək ağacı insanların üstünə aşırıb.
Moderator.az xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.
Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.