Lənkəranda qazilərin iştirakı ilə KÜTLƏVİ DAVA - Saxlanılanlar var
Hadisə
686
10:02, Bu gün

Lənkəranda qazilərin iştirakı ilə KÜTLƏVİ DAVA - Saxlanılanlar var

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.
 
Moderator.az xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb.
 
Orada A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb.
 
Hadisə ilə əlaqədar Alim Şükürzadə, Elşad Məmmədov və Elvin Quluzadə polis tərəfindən saxlanılıb. Onların sərxoş vəziyyətdə olduqları müəyyən edilib.
 
Məlumata görə, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər