Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU
Hadisə
395
19:30, Bu gün

Namaz qılarkən arvadını öldürən şəxsə HÖKM OXUNDU

Xəzər rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxışında Ramil Məmmədovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra elan olunan hökmə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham aktına görə, Ramil Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşını idman aləti olan beysbol çubuğu ilə döyərək qətlə yetirib.

Qeyd edək ki, hadisə 2025-ci il fevralın 8-də Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Məlumata əsasən, 1976-cı il təvəllüdlü Lamiyə Məmmədova namaz qıldığı zaman həyat yoldaşı tərəfindən küt alətlə vurularaq öldürülüb.

Ramil Məmmədovun daha əvvəl törətdiyi digər cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir.

Link kopyalandı!
Son xəbərlər