Quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı
Hadisə
1080
29 Oct 2025 | 11:00

Quzusu xəstələndiyi üçün arvadını döyən şəxs cəzalandırıldı

Biləsuvarda quzusu xəstələndiyi üçün arvadına əsəbiləşən şəxs onu döyərək xəsarət yetirib.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.
 
Belə ki, kişi 3 avqust 2025-ci il tarixdə, işdən sonra yoldaşları ilə yemək yeyərkən spirtli içki qəbul edib. Həmin gün saat 23 radələrində yaşadığı evə qayıtdıqdan sonra onlara məxsus quzulardan birinin xəstələndiyini öyrənib və spirtli içkinin təsiri altında olduğu üçün quzusunun xəstələnməsinə görə arvadını günahkar bilib.
 
O, zərərçəkmiş şəxsə illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını deyərək irad tutub. Bu zəmində onlar arasında mübahisə yaranıb və həmin mübahisə vaxtı o, arvadının üzərinə hücum edib, sonuncunun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirib. Bundan sonra onun hirsi soyuyub və yataq otağına keçib yatıb. O, səhəri gün sakitləşib və etdiyi əməldən peşman olub. Lakin zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edib.
 
Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə 360 saat ictimai işlər növündə cəza təyin edilib.
Link kopyalandı!
Son xəbərlər