Naxçıvanda maşın məktəbli qızı vurdu - FOTO
Hadisə
178
28 Oct 2025 | 23:00

Naxçıvanda maşın məktəbli qızı vurdu - FOTO

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda maşın məktəbli qızı  vurdu

Link kopyalandı!
Son xəbərlər