Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib
Hadisə
193
28 Oct 2025 | 22:00

Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib

Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində seçilən həbs qətimkan tədbirindən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Link kopyalandı!
Son xəbərlər