Bakıda taxtalar yığılan ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Hadisə
623
28 Oct 2025 | 22:50

Bakıda taxtalar yığılan ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində taxtalar yığılmış ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində, havanın küləkli olmasına baxmayaraq yanğının genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə yayılmasına imkan verilmədən qarşısı alınıb.

Yanğın nəticəsində həyətyanı ərazidə 500 kv.m. sahədə taxta tullantıları, ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik yerləşən talvarın taxta atmaları yanıb.

Yaxınlıqda yerləşən tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

17:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
 
Əlavə məlumat veriləcək.
Link kopyalandı!
Son xəbərlər