23:04
20°C
Bakı
Göygöldə 20 yaşlı şəxs kəsici alətlə xəsarət alıb.
Moderator.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü İsrayıl Orucov xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə o, qəbristanlıq ərazisində kəsici alətlə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Fakla bağlı araşdırma başlanılıb.