Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə H. Əliyev prosoektində baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Moderator.az xəbər verir ki, bunlar Kərimova Tahirə (1962), Əli Nağızadə (2003), Əziz Verdiyev (1989) və Ramal Mehdiyevdir (1996).
Məlumat üçün bildirək ki, qəza zamanı "Fiat Doblo" avtomobili ilə "Hundai" toqquşub. Hadisədə daha bir nəfər vəfat edib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
08:50
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, "FİAT DOBLO" markalı avtomobillə "Hundai" markalı maşın toqquşub.
Şəhər ərazisində baş verən qəza zamanı "FİAT DOBLO" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb. Daha bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.