Göygöl rayonunun Hacıməlik qəsəbəsindəki fermadan edilmiş oğurluq faktı ilə bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Moderator.az-a bildirib ki, oğurluq əməlini törətməkdə şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.
20:23
Rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – sağmal ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.
Moderator.az xəbər verir ki, təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Ancaq təsərrüfat sahibinin sözlərinə görə analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı yoxdur.