Rəşad Dağlı əməliyyat olundu - FOTO
Hadisə
1009
27 Oct 2025 | 19:38

Rəşad Dağlı əməliyyat olundu - FOTO

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əməliyyat müəssisənin tibb məntəqəsində həyata keçirilib.

Məlumata görə, meyxanaçının səhhətində yaranan müəyyən problemlə əlaqədar olaraq ona kiçik cərrahi müdaxilə edilib.

Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyev açıqlama verib. Onun sözlərinə görə, Rəşad Dağlı tibbi müayinədən keçib və bu müayinə əsasında xırda cərrahi prosedur icra olunub:

"Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur".

Rəşad Dağlı əməliyyat olundu

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının hazırda cəzasının 6 il 6 ayı qalıb.

Link kopyalandı!
Son xəbərlər