01:50
18°C
Bakı
Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən "Range Rover"in sahibi üzr istəyib.
Moderator.az xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq, dediyi ifadələrin səhv anlaşıldığını bildirib:
"Hamının başına gələ bilər. Hər kəsin balasının, hər bir sürücünün qabağına çıxa bilər. Hələ də dərk etmirəm ki, burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Hamıdan, əsasən də valideynlərindən çox-çox üzr istəyirəm".
Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra VAZ-21099-un sürücüsü Azər Abdullazadə həlak olub.
Hadisədən sonra müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.