Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib
Hadisə
297
26 Oct 2025 | 22:59

Tovuzda kafedə bıçaqlanma hadisəsi baş verib

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

İnsident rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Zərərçəkən dərhal əməliyyat edilib, həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

(APA)

Link kopyalandı!
Son xəbərlər