Yevlaxda AĞIR QƏZA: 2 nəfər ölüb
Hadisə
669
26 Oct 2025 | 18:57

Yevlaxda AĞIR QƏZA: 2 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və “КамАЗ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Link kopyalandı!
Son xəbərlər