Su anbarına düşən kişi xilas olunub - VİDEO
Hadisə
402
10:50, Bu gün

Su anbarına düşən kişi xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Moderator.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Link kopyalandı!
Son xəbərlər