Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub
Hadisə
299
25 Oct 2025 | 21:53

Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub

25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Moderator.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.

Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

18:54

Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub.

Rayonun İkinci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Şumanov Əhməd Arif oğlu qohumunun evində təmir işi görərkən cərəyan cərəyan vurub.

Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlər şəxsin vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma başlanıb.

Link kopyalandı!
Son xəbərlər