02:05
17°C
Bakı
Gəncədə fəaliyyət göstərən tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasının təfərrüatı məlum olub.
Moderator.az xəbər verir ki, Gununsesi.info tanınmış vəkilin yaxınları ilə əlaqə saxlayıb.
Onların sözlərinə görə, Zabil avtomobilini yumaq üçün evdən çıxıb: "Maşını yumağa verib, özü də kənarda çay içirmiş. Maşının yanına qayıdanda zədələndiyini görüb. Orada maşını yuyan adamla sözləşib. Həmin şəxs Zabilə yumruq-təpik atıb. Zabil də ona təpik atıb, amma dəyməyib. Sonra uzaqlaşıb gedib. Axşam saxlayıb polisə aparıblar".