Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?..-FOTOLAR
Hadisə
1741
24 Oct 2025 | 20:47

Məcburi köçkün olan rejissor xanımı yataqxanadakı otağından Təhsil Nazirliyi çıxartdırdı?..-FOTOLAR

Gənc Tamaşaçılar Teatrının rejissoru, məcburi köçkün Gülnar Hacıyeva evsiz qalıb.
 
Bu barədə aparıcı Kəmalə Onur məlumat yayıb. O bildirib ki, rejissor çətin vəziyyətdədir:
“Cəbrayıldan məcburi köçkün düşmüş, tək yaşayan Gülnar Hacıyevanın Dillər Universitetinin yataqxanasında məskunlaşdığı otağına plomb vurulub. 1 ay olacaq ki, Gülnar xanım onun-bunun evində yaşadığı yerdən çıxdığı bir dəst paltarla qalıb. Gücümüz çatan qədər məsələni həll etməyə, ona kömək etməyə çalışsaq da, nəticə əldə edə bilmirik. Gülnar xanıma dəstək olmaları üçün ağız açdığımız adamlar məsələnin Təhsil Nazirliyi ilə bağlı olduğunu səbəb gətirirlər. Nazirlik isə bu barədə sorğuya cavab verməyib. Xahiş edirəm, məsələni ictimailəşdirək. Aidiyyəti qurumlardan xahiş edirəm, uzun illər teatrda, müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə rejissor kimi fəaliyyət göstərmiş, həyatını işinə həsr etmiş, aldığı əməkhaqqı ilə gündəlik qayğılarını güclə ödəyən kimsəsiz, evsiz-eşiksiz, hələ də köçkün həyatı yaşayan bu xanımın səsinə səs versinlər. Üzü qışa doğru onun küçələrdə qalmasına imkan verməsinlər”.
 
Olay.az
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər