Neftçalada erkən nikahın qarşısı alınıb
Hadisə
1000
24 Oct 2025 | 20:38

Neftçalada erkən nikahın qarşısı alınıb

Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

Link kopyalandı!
Son xəbərlər