Bizi sosial şəbəkələrdən izləyin:
Lənkəranda mobil operator əməkdaşını elektrik cərəyanı vuraraq xəstəxanalıq edib.
Moderator.az xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda baş verib.
Mobil operatorlardan birində enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub. Yaralıya ilkin tibbi yardım göstərilib və o, ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.