Hadisə
330
13:46, Bu gün

"Sputnik Azərbaycan"ın baş redaktoru da həbsdən buraxıldı

Bakıda həbs olunan "Sputnik Azərbaycan"ın baş redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.
 
Moderator.az xəbər verir ki, Yevgeniy Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
 
Bununla bağlı bu gün Xətai rayon məhkəməsində qərar qəbul olunub.
 
Qeyd edək ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.
 
Link kopyalandı!
Son xəbərlər