Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb
Hadisə
915
24 Oct 2025 | 11:50

Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb

Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb.
 
Moderator.az xəbər verir ki, hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb.
 
Belə ki, Binəqədi qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, oktyabrın 23-də həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər