Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 18-də paytaxtın ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, Rüstəmov Murad Bahadur oğlu idarə etdiyi “İsuzu” markalı 12 saylı sərnişin avtobusu ilə hərəkətdə olarkən piyada Baxşiyev Elçin Qafar oğlunu vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, 22 oktyabr 2025-ci il tarixdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.