Bakıda şadlıq evindən meyit tapıldı
Hadisə
482
23 Oct 2025 | 22:20

Bakıda şadlıq evindən meyit tapıldı

Bakıda şadlıq evində ölüm hadisəsi olub.

Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birində qeydə alınıb.

Burada ofisiant işləyən 20 yaşlı Nurlan Abuzər oğlu Əliyevin meyiti tapılıb. Gəncin hansı səbəbdən öldüyü məlum deyil.

Hazırda araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər