Öldürüb həyətdə basdırdığı ərinin kreditini ödəyirmiş
Hadisə
469
23 Oct 2025 | 22:00

Öldürüb həyətdə basdırdığı ərinin kreditini ödəyirmiş

10 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.

Moderator.az "Teleraf"a istinadən xəbər verir ki, mərhumun atası Arif Əliyev hadisənin təfərrüatını danışıb.

Onun sözlərinə görə, gəlini Elmira İbrahimova onlara deyib ki, Samir sonuncu dəfə özünə məxsus tüfəngini götürüb və havaya atəş açaraq tələsik evdən çıxıb.

Ondan sonra Samir Əliyevdən xəbər olmayıb. Samirin anası gəlininə oğlunun necə evdən çıxdığını sual verəndə isə Elmira İbrahimova verdiyi cavabla qadının fikrini qarışdırıb.

Bundan başqa, Samir Əliyevin banka kredit borcu da olub. Atası bu ay ərzində itkin kimi qələmə verilən oğlunun kredit borcunu ödəmək istəyəndə, bankdan bildirilib ki, onun borcu hər ay Elmira İbrahimova tərəfindən ödənilir.

Bundan sonra Elmira şübhə çəkməyə başlayıb. Buna görə də ana və ata polis idarəsinə E.İbrahimovadan şikayət ediblər.

Hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika Şöbəsi və Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb ediliblər. Meyit evin həyətindən torpağın altından sellofan torbaya bükülmüş vəziyyətdə aşkarlanıb.

Yaxınları bildiriblər ki, E.İbrahimova Samirin meyitinin üzərinə gül əkirmiş, lakin həmin gül üç gün ərzində quruyub. Bundan başqa, meyit basdırılan əraziyə "giriş qadağandır" nişanı da yerləşdirib.

Samirin əmisi bildirib ki, hadisə baş verəndə onların kiçik qızı evdə olub.

Qeyd edək ki, cütlüyün birgə nikahdan üç qız övladı var.

Link kopyalandı!
Son xəbərlər