Bu avtomobillər ciddi təhlükə mənbəyidir - VİDEO
Hadisə
399
18:35, Bu gün

Bu avtomobillər ciddi təhlükə mənbəyidir - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər.

Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur.

Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələri hər an partlamağa hazır olan bir “bomba” kimidir. Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının – yoldakı hər bir insanın həyatını riskə atır.

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir”.

 

Link kopyalandı!
Son xəbərlər