23:20
15°C
Bakı
Salyanda minik avtomobili yanıb.
Moderator.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan rayon sakini, 1971-ci il təvəllüdlü Babayev Namid Mürsəl oğluna məxsus "Hundai Sonata" markalı avtomobil anidən alovlanmağa başlayıb.
FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.